SON DƏQİQƏ
» » Meriyadan açıqlama: Sakinlər qəzalı binadan köçmür

Meriyadan açıqlama: Sakinlər qəzalı binadan köçmür

Tarix:

6-08-2019, 11:24

/ 1 898 dəfə oxundu.
Meriyadan açıqlama: Sakinlər qəzalı binadan köçmür

Bakının Yasamal rayonu Mirzə Ağa Əliyev küçəsi 150 ünvanında yerləşən 3 mərtəbəli 43 mənzilli yaşayış binası hər an uça bilər, lakin bəzi sakinlər binanı tərk etməkdən imtina edirlər.

Bu barədə GunAz.az-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimov deyib. O bildirib ki, 1889-cu ildə tikilmiş bina istismar müddəti bitdiyi və uzun müddət əsaslı təmir olunmadığından kəskin qəzalı və yaşayış üçün yararsız vəziyyətə düşüb:

“43 ailədən 25-i dövlət tərəfindən ayrılan maddi yardımları alaraq binadan köçüb. Sakinlərin bir hissəsi isə dövlət qurumları qarşısında qeyri-real tələblər irəli sürərək mənzillərini tərk etməkdən imtina edib, bundan başqa digərlərini də qanunsuzluqlara təhrik edərək bəzi KİV-də hüquqlarının pozulması ilə bağlı kampaniya təşkil etməyə cəhdlər də ediblər

Ötən həftə narazı sakinlərlə Baki Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da görüşüb. Görüş elə qəzalı binada baş tutub.

Görüşdən sonra sakinlərin böyük əksəriyyəti vəziyyəti dərk edərək özlərinin və yaxınlarının həyatı ilə risk etməkdən imtina edib və maddi yardımlarını alıb binanı tərk ediblər.

Sakinlərlə aparılan söhbətlərdən sonra daha 4 ailə qəzalı binanı tərk edib”.

İ. Kərimov hazirda binada 12 ailə qaldığını və onların özlərinə qarşı xüsusi yanaşma tələb edərək qeyri-real şərtlər irəli sürdüyünü bildirib:

“Bu ailələrdən 6-sı 90-ci illərdə binadakı boşalmış mənzilləri zəbt etmiş məcburi köçkün ailələridir. Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən binada məskunlaşmış digər məcburi köçkünlərə bərabər bu ailələrə də Qobupark yaşayış kompleksində yeni təmirli mənzillər təklif edilib. Hətta bu ailələrin bəzilərinə ailə tərkibinə uyğun olaraq 2 mənzil təklif olunub. Lakin bu vətəndaşlar onlara təklif edilən mənzillərdən əlavə zəbt etdikləri mənzillərdən çıxmaq üçün maddi kompensasiya da tələb edirlər.

Daha 7 ailə isə sahəsi 12-15 kvadrat metr olan kiçik otaqlarda çox çətin şəraitdə yaşamaqda davam edirlər. Onlara müvafiq qanunvericiliyə uyğun olaraq maksimum həddə maddi yardım təklif edilib. Lakin buna baxmayaraq həmin sakinlər qəzalı binadan köçmək istəmirlər”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ