SON DƏQİQƏ
» » Səudiyyə Ərəbistanında qadınların təkbaşına səfərə çıxmasına icazə verilib

Səudiyyə Ərəbistanında qadınların təkbaşına səfərə çıxmasına icazə verilib

Tarix:

2-08-2019, 20:37

/ 1 348 dəfə oxundu.
Səudiyyə Ərəbistanında qadınların təkbaşına səfərə çıxmasına icazə verilib

Səudiyyə Ərəbistanı hökuməti ötən gün qadınlara əlavə hüquqların verilməsi ilə bağlı qanun qəbul edib. Burada qadınların təkbaşına səfərə çıxma hüququna malik olması da yer alıb.

GunAz.az BBC.Arabic-ə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanın qadınların hüquqları ilə bağlı yeni qərarına əsasən qadınların ölkədaxili və ya xarici səfəri qəyyumsuz və yoldaşsız da mümkün olacaq.

Qərara əsasən qadınların işə getmək hüquqları da tanınıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında qadınlar səfərə çıxmaq üçün ata, həyat yoldaşı, qardaş və ya digər birinci dərəcəli kişi qohumlarının müşayiəti ilə gedə bilərdilər.

Kral Salmanın oğlu Məhəmməd bin Salman vəliəhd təyin edildikdən sonra ölkədə insan hüquqları, qadın hüquqları və iqtisadiyyatla bağlı "2030-cu il yol xəritəsi" planını elan edib. Vəliəhd bu istiqamətdə ilk addımlardan biri kimi qadınların maşın sürməsinə icazəni təmin edib.

Bir çox ekspertlər bildirir ki, yeni Səudiyyə hakimiyyəti dünya ictimaiyyətinin ölkədə seçkilərin olmaması və totalitar rejimlə bağlı ünvanlanan iradlarını "2030-cu il yol xəritəsi" kimi planlarla ört basdır etməyə çalışır.

скачать dle 12.1

Şərhlər