SON DƏQİQƏ
» » BANM əcnəbi tələbələr üçün Yay məktəbi təşkil edəcək

BANM əcnəbi tələbələr üçün Yay məktəbi təşkil edəcək

Tarix:

1-08-2019, 18:10

/ 1 769 dəfə oxundu.
BANM əcnəbi tələbələr üçün Yay məktəbi təşkil edəcək

Bakı Ali Neft Məktəbi (BANM) tərəfindən İtaliyanın Milan-Bikokka Universitetinin birgə təşkilatçılığı və “Maire Tecnimont” şirkətinin dəstəyi ilə Bakıda Yay məktəbi təşkil olunacaq.

Bu barədə GunAz.az-a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sentyabrın 16-dan 24-dək davam edəcək Yay məktəbi “Davamlı ətraf mühit üçün enerji həlləri” mövzusuna həsr olunacaq.

Yay məktəbində əcnəbi tələbələrlə yanaşı, Bakı Ali Neft Məktəbinin III və IV kurs tələbələri, o cümlədən magistrantlar iştirak edəcək. Ümumilikdə, Yay məktəbinə 35 iştirakçı qatılacaq.

Proqram çərçivəsində iştirakçılar beynəlxalq və yerli ekspertlərin məruzələrini dinləmək, müxtəlif sosial-mədəni fəaliyyətlərə qoşulmaq və ölkəmizdə fəaliyyət göstərən istehsal strukturlarına təşkil edilən texniki səfərlərdə iştirak etmək imkanı əldə edəcəklər.

Yay məktəbi müddətində BANM-in yüksəkixtisaslı professor-müəllim heyəti tərəfindən iştirakçılara müxtəlif mövzuları əhatə edən təlimlər keçiriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ