SON DƏQİQƏ

Daha bir ölkə Kosovanı tanımaqdan imtina etdi

Tarix:

27-07-2019, 17:07

/ 1 249 dəfə oxundu.
Daha bir ölkə Kosovanı tanımaqdan imtina etdi

Mərkəzi Afrika Respublikası Kosovanı müstəqilliyini tanımaqdan imtina edib.

GunAz.az xəbər verir ki, bunu Serbiya Milli Televiziyasına müsahibəsində Serbiya Xarici İşlər naziri İvitsa Daçiç deyib.

Onun sözlərinə görə, MAR bununla Kosovanın müstəqilliyini tanımaqdan imtina edən 14-cü ölkə olub.

Nazir bildirib ki, Belqrad Kosovanın müstəqilliyini tanıyan ölkələrin sayını 96-ya endirmək istəyir və bundan sonra Kosovo heç bir beynəlxalq təşkilata üzv edilməyəcək.

Qeyd edək ki, bundan öncə Palau, Madaqaskar, Solomon adaları, Komor adaları, Dominik, Surinam, Liberiya, San-Tome və Prinsipi, Qvineya-Bisau, Burundi, Papua-Yeni Qvineya, Lesoto, Qrenada Kosovanın müstəqilliyini tanıyan ölkələr sırasına daxil edilmişdilər. Bir müddət sonra onlar Kosovanın müstəqilliyini tanımaqdan imtina etmişdilər.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ