SON DƏQİQƏ
» » Trampın Türkiyəyə ədalətli mövqeyi nəyi dəyişəcək?

Trampın Türkiyəyə ədalətli mövqeyi nəyi dəyişəcək?

Tarix:

27-07-2019, 09:07

/ 1 959 dəfə oxundu.
Trampın Türkiyəyə ədalətli mövqeyi nəyi dəyişəcək?

Ağ Evdə Türkiyəyə münasibət birmənalı deyil. Bəzi məlumatlara görə, ABŞ Prezidenti Donald Tramp Türkiyə ilə münasibətlərin daha yaxşı olmasına çalışdığı halda, onun ətrafında və Dövlət Departamentində buna qarşı çıxanlar var. Hətta münasibətlərdəki gərginlik də bundan qaynaqlanır.

Bu sözləri GunAz.az-a açıqlamasında politoloq Vüqar Zifəroğlu ABŞ-ın Türkiyəyə qarşı sanksiya hazırladığı barədə məlumatlara münasibət bildirərkən deyib. O bildirib ki, ABŞ İraqa və Suriyaya girəndən sonra Türkiyə ilə münasibətlərində gərginlik gah artıb, gah da azalır. Bunun da başlıca səbəblərindən biri maraqların toqquşmasıdır:

“Bütün bunlar Türkiyənin Rusiyadan S-400-ləri almağına səbəb oldu. Çünki rəsmi Ankara dəfələrlə bildirib ki, S-400-lərin alınmasının əsas səbəbi təhlükəsizliyin təmin edilməsidir. Bu da təbii olaraq, Türkiyənin tam şəkildə hüququdur”.

Politoloqun sözlərinə görə, Qərbə Türkiyə ilə münasibətlərin gərginləşməyi sərf etmir:

“Türkiyəyə tam şəkildə sanksiyaların tətbiq ediləcəyini düşünmürəm. Çünki ABŞ üçün Ankara ilə münasibətlər önəmlidir. Tramp bunu anladığı üçün Ankara ilə danışıqlara getməyə çalışır. Hesab edirəm ki, Tramp iki ölkə arasında razılığın əldə edilməsinə nail olacaq”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp və senatorların iştirakı ilə Ağ Evdə Türkiyəyə S-400 zenit raket komplekslərinə görə sanksiya tətbiqi məsələsinin müzakirəsi olub. Toplantıda Trampın Türkiyəyə sanksiya tətbiqində maraqlı olmadığı, əksinə, Ankara ilə F-35 layihəsində əməkdaşlığı davam etdirmək istəyini ifadə etdiyi barədə qeyri-rəsmi məlumat yayılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ