SON DƏQİQƏ
» » ABŞ bir daha “vurmuşuq” dedi, İran təkzib etdi

ABŞ bir daha “vurmuşuq” dedi, İran təkzib etdi

Tarix:

24-07-2019, 17:00

/ 1 278 dəfə oxundu.
ABŞ bir daha “vurmuşuq” dedi, İran təkzib etdi

Keçən həftə ABŞ ordusu bir yox, iki İran pilotsuz uçan aparatı vurub.

GunAz.az xəbər verir ki, bunu CBS-yə müsahibəsində ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) general Kennet Makkenzi deyib.

“Biz düşünürük ki, onların sayı ikidir. Daha çox da ola bilərdi, amma buna əmin deyilik. Tam əminik ki, birini vurmuşuq, ikinci dronun məhvini isə istisna etmirik”, – deyə o bildirib.

Makkenzi həmçinin İran PUA-larının məhvində raket yox, elektron şüalanmadan istifadə etdiklərini deyib.

İran Müdafiə naziri Əmir Hatəmi isə CENTCOM rəhbərinin bəyanatını təkzib edib. O, İran tərəfinin heç bir PUA-sının məhv edilmədiyini bildirib.

Qeyd edək ki, ötən həftə Prezident Tramp Hörmüzdə ABŞ gəmilərinə 900 məsafədə yaxınlaşan İran dronunu məhv etdiklərini açıqlamışdı. İran isə bu xəbəri təkzib etməklə yanaşı, məhv edildiyi bildirilən dronun ABŞ gəmilərini izlədiyini əks etdirən görüntü yaymışdı.

N.SAFURA

скачать dle 12.1

Şərhlər