SON DƏQİQƏ
» » Türkiyə F-35-lə bağlı bütün alternativləri nəzərdən keçirməyə hazırdır - Türkiyə MS İdarəsinin rəhbəri

Türkiyə F-35-lə bağlı bütün alternativləri nəzərdən keçirməyə hazırdır - Türkiyə MS İdarəsinin rəhbəri

Tarix:

19-07-2019, 21:07

/ 1 972 dəfə oxundu.
Türkiyə F-35-lə bağlı bütün alternativləri nəzərdən keçirməyə hazırdır - Türkiyə MS İdarəsinin rəhbəri

 Türkiyə, F-35-lə bağlı bütün alternativləri nəzərdən keçirməyə davam edəcək, bunun üçün bütün imkanlar mövcuddur. GunAz.az xəbər verir ki, bunu Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Demir açıqlayıb.

Onun sözlərinə görə, Türkiyə bütün imzalanmış müqavilələr və qəbul edilmiş qərarlar çərçivəsində öz öhdəliklərinə həmişə hörmət edir: "Buna F-35 proqramı və S-400 hava müdafiə sisteminin satın alınmasına dair razılaşma da aiddir".

O qeyd edib ki, Türkiyə bu günə qədər F-35-lə bağlı bütün öhdəliklərini yerinə yetirib. 

"Türkiyə bu proqram çərçivəsində öhdəliklərini yerinə yetirməyə davam edəcək. Qərar nə ilə nəticələnəcək daha sonra aydın olacaq. ABŞ hazırda öz açıqlamalarında "kənarlaşdırmaq" deyil, "dayandırmaq" ifadəsini işlədir. Biz rəsmi təsdiq gözləyirik ", Demir bildirib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ