SON DƏQİQƏ
» » Azərbaycanlıların 46%-i AB-yə yaxşı münasibət bəsləyir - Sorğu

Azərbaycanlıların 46%-i AB-yə yaxşı münasibət bəsləyir - Sorğu

Tarix:

6-07-2019, 17:07

/ 1 251 dəfə oxundu.
Azərbaycanlıların 46%-i AB-yə yaxşı münasibət bəsləyir - Sorğu

Azərbaycan əhalisinin 46%-i Avropa Birliyinə müsbət münasibət bəsləyir.

GunAz.az xəbər verir ki, bu nəticə AB-nin “AB-nin Şərq qonşuluğu” layihəsi çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrində apardığı sorğudan sonra ortaya çıxıb.

Məlumata görə, bu nəticə 2018-ci ildəki göstəricidən 7% çox olub. Sorğuya əsasən, Şərq Tərəfdaşlığı ölkələri arasında AB-yə ən az xoş münasibət bəsləyən ölkə məhz Azərbaycan olub. Azərbaycandan fərqli olaraq Ermənistanda bu göstərici 62%, Belarusda 89%, Gürcüstanda 80%, Moldovada 60%, Ukraynada 56% olub.

Bununla belə, Azərbaycan əhalisinin 28%-i AB-nin maliyyə dəstəyindən xəbərdar olduğunu bildirib. Bununla bərabər, 70% şəxs AB-nin dəstəyinin effektiv olduğunu, 74% isə Azərbaycanla AB arasında münasibətlərin yaxşı olduğunu (2018-ci ildə 65% - red.) deyib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər