SON DƏQİQƏ
» » BƏƏ əmirinin xanımının Avropaya qaçmasından sonra daha bir əmirin oğlu Londonda ölüb

BƏƏ əmirinin xanımının Avropaya qaçmasından sonra daha bir əmirin oğlu Londonda ölüb

Tarix:

3-07-2019, 18:28

/ 1 295 dəfə oxundu.
BƏƏ əmirinin xanımının Avropaya qaçmasından sonra daha bir əmirin oğlu Londonda ölüb

Birləşmiş Ərəb Əmirliyinin Şarja Əmirliyinin şeyxinin 39 yaşlı oğlu Xalid bin Sultan əl-Qasimi Londonda qəflətən ölüb.

GunAz.az BBC-ə istinadla xəbər verir ki, Birləşmiş Ərəb Əmirliyinin rəsmi mənbələri Şarja Əmirliyinin şeyxinin oğlu Xalid bin Sultan əl-Qasiminin iki gün öncə Londonda vəfat etməsini təsdiqləyiblər.

London polisi Xalidin ölüm səbəbinin araşdırıldığını bildirsə də qeyri rəsmi mənbələr onun narkotik maddələrin ifrat dərəcədə istifadə edilməsinə görə öldüyünü bildirirlər.

Xalid bin Sultan əl-Qasiminin ölümünə görə BƏƏ-nin Şarja Əmirliyində 3 gün matəm elan edilib.

Qeyd edək ki, bundan öncə BƏƏ-nin vitse prezidenti, baş naziri eləcə də ölkənin Dubay Əmirliyinin əmiri Şeyx Məhəmməd bin Raşid Ali-Məktumun xanımı Haya bint əl-Huseyn də uşaqları ilə birgə Almaniyaya oradan da Londona qaçıb. İordaniya kralının bacısı Haya bint əl-Huseyn London məhkəməsində boşanma ilə bağlı iddia irəli sürüb. Onun hazırda Londonda gizləndiyi deyilir.

Bəzi ekspertlər BƏƏ-də baş verən son olayları əmirliklər arasında rəqabət və qarşıdurmadan irəli gəldiyini iddia edirlər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ