SON DƏQİQƏ

Merkel əsməcələrindən danışdı

Tarix:

29-06-2019, 13:34

/ 1 280 dəfə oxundu.
Merkel əsməcələrindən danışdı

Almaniya kansleri Angela Merkel bir müddət əvvəl rəsmi mərasimlərdə əsməcə tutmalarını şərh edib.

GunAz.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran kansler hazırda özünü hazırda yaxşı hiss etdiyini bildirib.

“Əminəm ki, bu əsməcələr öz-özünə yarandığı kimi, elə öz-özünə də keçəcək. Hər şey qaydasındadır”, - deyə Merkel qeyd edib.

Xatırladaq ki, iyunun 18-də Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdə Merkeli əsməcə tutub. Həmin vaxt kansler bunu halsızlıqla əlaqələndirmişdi.

Daha bir əsməcə tutması ilə bir müddət əvvəl Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə görüşdə baş vermişdi. Görüş zamanı Merkel qəfildən titrəməyə başlamışdı.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ