SON DƏQİQƏ

Ermənilərin ABŞ-da böyük dələduzluğu

Tarix:

28-06-2019, 13:13

/ 1 762 dəfə oxundu.
Ermənilərin ABŞ-da böyük dələduzluğu

ABŞ-ın Kaliforniya ştatında tibbi xidmət agentliyinin sahibləri əslən erməni olan Anjela Avetisyan və Aşot Minasyan Birləşmiş Ştatların səhiyyə tarixində ən böyük dələduzluqda təqsirli biliniblər.

GunAz.az-ın məlumatına görə, Avetisyan və Minasyan “Mediacare” tibbi sığorta şirkətinin 22 milyon dollarını mənimsəyiblər.

Məhkəmənin qərarı ilə 43 yaşlı Anjela Avetisyan 10 il, 61 yaşlı Aşot Minasyan isə altı il müddətinə azadlıqldan məhrum ediliblər. Məhkəmə həmçinin onlar haqda 4,283 milyon dollar məbləğində ziyanı ödəməklə bağlı qərar çıxarıb.

Avetisyan və Minasyandan əlavə amerikalı həkimlər Robert Qleyzer və Marina Merino da bu işdə təqsirkar biliniblər.

Qeyd edək ki, Anjela Avetisyan və Aşot Minasyan Los-Ancelesdən olan həkimlərlə birgə 2006-2014-cü illərdə “Mediacare” sığorta şirkətinə 33 milyon dollar məbləğində hesab təqdim ediblər. Araşdırmalar zamanı məlum olub ki, onlar pasiyentlərə bu məbləğdə xidmət göstərməyiblər. Bildirilir ki, həkimlər pasiyentlərə lazım olmadığı zaman uzunmüddətli istifadə üçün tibbi ləvazimatlar yazıblar, həmçinin evdə tibbi xidmətin göstərilməsi üçün sertifikatlar veriblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ