SON DƏQİQƏ

Atambayevin toxunulmazlığı ləğv edildi

Tarix:

27-06-2019, 13:49

/ 1 332 dəfə oxundu.
Atambayevin toxunulmazlığı ləğv edildi

Qırğızıstan parlamenti Almazbek Atambayevi sabiq prezident statusundan məhrum edib.

Sputnik Qırğızıstan xəbər verir ki, bundan sonra o, avtomatik olaraq toxunulmazlıq hüququndan da məhrum olub.

103 deputat statusdan məhrum edilmənin lehinə, altı deputat isə əleyhinə səs verib.

Xatırladaq ki, iyunun 23-də ölkə parlamentinin yaratdığı xüsusi komissiyasının işinin nəticələrinə əsasən, A.Atambayevin altı cinayətdə əli olması ehtimalı var. Parlament iyunun 20-də bu rəyi qəbul edərək Baş Prokurorluğa göndərib.

Baş prokuror Otkurbek Jamşitov iyunun 25-də bildirib ki, cinayət işi açmaq üçün altı faktdan beşi üzrə əsas var.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ