SON DƏQİQƏ
» » Türkiyəyə S-400 nə vaxt göndərilir? - Rusiya açıqladı

Türkiyəyə S-400 nə vaxt göndərilir? - Rusiya açıqladı

Tarix:

27-06-2019, 08:57

/ 1 260 dəfə oxundu.
Türkiyəyə S-400 nə vaxt göndərilir? - Rusiya açıqladı

Rusiya istehsalı S-400 zenit-raket komplekslərinin Türkiyəyə təhvil verilmə prosesi və türk mütəxəssislərin Rusiyada təlimi il sonuna qədər tamamlananacaq.

GunAz.az xəbər verir ki, bunu Rusiya Hərbi Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin sözçüsü Mariya Vorobyova deyib.

“Rusiya istehsalı S-400 zenit-raket komplekslərinin Türkiyəyə təhvil verilməsi ilə əlaqədar imzalanın müqavilə yerinə yetirilir. Türk rəsmilərin də bir neçə dəfə bildirdiyi kimi, onların təhvil prosesi gələn aydan başlaya bilər. Türk mütəxəssislərin təlimi və raket avandanlıqlarının təhvili isə ilin sonuna qədər başa çatacaq”, - o bildirib.

Qeyd edək ki, "Rosoboroneksport"un rəhbəri Aleksandr Mixeyev də S-400 raketlərinin ilk hissələrinin Türkiyə göndərilməsinə 99 faiz hazır olduğunu bildirərək, təhvilinin iyuldan başlayacağını bildirib.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ