SON DƏQİQƏ
» » Gürcüstandan Avropanın daha 12 şəhərinə uçuşlar həyata keçiriləcək

Gürcüstandan Avropanın daha 12 şəhərinə uçuşlar həyata keçiriləcək

Tarix:

27-06-2019, 08:14

/ 785 dəfə oxundu.
Gürcüstandan Avropanın daha 12 şəhərinə uçuşlar həyata keçiriləcək

Gürcüstanın Kutaisi beynəlxalq hava limanından Avropanın daha 12 şəhərinə mütəmadi reyslər həyata keçiriləcək.

“Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı Gürcüstanın Hava Limanları Birliyinin direktoru Giorgi Çoqovadze və Macarıstanın “Wizz Air” aviaşirkətinin nümayəndəsi Andraş Sebok saziş imzalayıblar.

Sənədə əsasən, Kutaisidən Frankfurt, Hamburq, Baden-Baden, Nürnberq, (Almaniya), Venesiya, Neapol, Piza (İtaliya), Nitsa (Fransa), Stokholm (İsveç), Poznan (Polşa), İraklion (Yunanıstan) və Turku (Finlandiya) şəhərlərinə uçuşlar yerinə yetirəcək.

Sazişə əsasən, 7 istiqamət – Poznan, Hamburq, Neapol, Venesiya, Piza, Frankfurt və Baden-Baden şəhərlərinə uçuşlara bu ilin sonundan, digərlərinə isə 2020-ci ildən başlayaraq start veriləcək.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava bildirib ki, “Wizz Air” şirkəti ilə yeni istiqamətlərə uçuşlarla bağlı bir neçə ay intensiv danışıqlar aparılıb: “Şadam ki, danışıqlar uğurla nəticələnib. Əldə olunan saziş Gürcüstana daha çox avropalı turistlərin gəlməsinə imkan yaradacaq. Gürcüstanın turizm siyasətinin məqsədi ölkəni həm avropalı, həm də ənənəvi bazarlardan olan turistlər üçün daha cəlbedici turizm istiqamətinə çevirməkdir”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ