SON DƏQİQƏ
» » Putindən gözlənilməz: Lukaşenkonun dəvətini qəbul etdi

Putindən gözlənilməz: Lukaşenkonun dəvətini qəbul etdi

Tarix:

25-06-2019, 17:02

/ 1 290 dəfə oxundu.
Putindən gözlənilməz: Lukaşenkonun dəvətini qəbul etdi

Rusiya Prezidenti Vladimir Putin II Avropa Oyunlarının bağlanış mərasimində iştirak etməklə bağlı belaruslu həmkarı Aleksandr Lukaşenkonun dəvətini qəbul edib.

GunAz.az xəbər verir ki, Belarus Prezidenti rusiyalı həmkarına telefonla zəng edib və onu Minskdə keçirilən II Avropa Oyunlarının bağlanış mərasimində iştirak etməyə dəvət edib. Aleksandr Lukaşenkonun mətbuat xidmətindən bildiriblər ki, Vladimir Putin iyunun 30-da Belarusun paytaxtındakı “Dinamo” stadionunda keçiriləcək mərasimdə iştirak edəcəyini bildirib.

Xatırladaq ki, II Avropa Oyunlarının iyunun 21-də keçirilmiş açılış mərasimində Rusiyanı Baş Nazir Dmitri Medvedev təmsil edib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər