SON DƏQİQƏ

KİV: Tramp İrana hücumu son anda ləğv edib

Tarix:

21-06-2019, 12:18

/ 1 904 dəfə oxundu.
KİV: Tramp İrana hücumu son anda ləğv edib

ABŞ prezidenti Donald Tramp, İranın pilotsuz aparatı vurmasına cavab olaraq hücum etmək qərarı qəbul etsə də son anda fikrini dəyişərək əməliyyatı ləğv etdi.

GunAz.az Interfax-a istinadən xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazır.

"Rəsmilər bildirirlər ki, prezident əvvəlcə İranın radar və raket batareyaları kimi hədəflərinə hücum etməklə bağlı təlimat verib.  Əməliyyat ilkin mərhələdə idi, amma ləğv edilib. Təyyarə havaya qalxıb, gəmilərin mövqelərini tutub, amma geri çəkilmək üçün təlimat gəlib", məlumatda deyilir.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ