SON DƏQİQƏ
» » Dumada kəskin mübahisə: Jirinovski zalı tərk etdi

Dumada kəskin mübahisə: Jirinovski zalı tərk etdi

Tarix:

19-06-2019, 17:27

/ 1 907 dəfə oxundu.
Dumada kəskin mübahisə: Jirinovski zalı tərk etdi

Rusiya ətrafında yaşayan etnik ruslara bu ölkənin vətəndaşlığının asanlaşdırılmış qaydada verilməsi haqqında qanun layihəsinin hakim Vahid Rusiya Partiyası tərəfindən dəstəklənməməsi mübahisələrə səbəb olub.

GunAz.az xəbər verir ki, bu məlumatı “Rosbalt” agentliyi yayıb. Məlumata görə, mübahisəni Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski yaradıb və o, etiraz olaraq iclas zalını tərk edib:

“Sizin vətəndaşlarımızın çoxunun xeyrinə olan qanuna səs verməməyiniz məni sizinlə bir yerdə olduğuma görə iyrəndirir. Yalnız ruslar Rusiya vətəndaşlığını almaqda çətinlik çəkdiklərinə dair şikayət edirlər. Ruslar növbədə dayanırlar. Xalqımızla məzələnirlər, bu, parlament üçün utancdır. Övladlarınıza deyin ki, rus deyilsiniz və rus xalqının satqınısınız”.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ