SON DƏQİQƏ

Dodon: Hər hansı güzəşt olmayacaq

Tarix:

8-06-2019, 20:21

/ 1 800 dəfə oxundu.
Dodon: Hər hansı güzəşt olmayacaq

Moldova Prezidenti İqor Dodon parlamentin buraxılmasıyla bağlı sərəncam imzalamağı müvəqqəti dayandırıb.

GunAz.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dodonun özü deyib. O həmçinin respublikadakı situasiyanın destabilizasiya ərəfəsində olduğunu və əhalidən etiraz aksiyalarında iştirak etməməsini, təxribatlara getməməsini istəyib:

“Çox çətin vəziyyətdəyik. Biz kütləvi destabilizasiya ərəfəsindəyik və partlayışa çox yaxınıq. Mən vətəndaşları təxribatlara getməməyə, etirazlarda iştirak etməməyə çağırıram”.

***

Moldova Prezidenti İqor Dodon demokratların onu istefaya göndərmək üçün bütün vasitələrdən istifadə etdiyini açıqlayıb.

İ.Dodon ona və ailəsinə qarşı təzyiqlərin artdığını bəyan edib.

“Mənə dəqiq məlumat daxil olub ki, yeni Baş naziri təyin etməmək və parlamenti buraxmaq üçün opponentlərim təzyiqləri artıracaqlar. Bəyan edirəm ki, hər hansı güzəştə getməyəcəyəm”, - deyə Dodon əlavə edib.

Prezident qeyd edib ki, parlamentdə fraksiya formalaşan kimi onlarla Baş nazirin təyini məsələsini müzakirə etməyə başlayacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ