SON DƏQİQƏ

UEFA FİNALA GƏLƏN AZARKEŞ SAYINI AÇIQLADI

Tarix:

30-05-2019, 19:57

/ 1 182 dəfə oxundu.
UEFA FİNALA GƏLƏN AZARKEŞ SAYINI AÇIQLADI

Avropa Liqasının dünən Bakıda keçirilən final oyununu stadiondan izləyən azarkeşlərin sayı açıqlanıb.

ONN media UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Çelsi” – “Arsenal” matçının (4:1) oynanıldığı Bakı Olimpiya Stadionuna 51370 nəfər tamaşaçı toplaşıb. Bu, son 10 ildə Avroliqa finallarında azarkeş sayına görə ən yaxşı üçüncü göstəricidir. İlk iki yerdə isə müvafiq olaraq, ötən il Lionda keçirilən “Marsel” – “Atletiko” (0:3, 55768 tamaşaçı) və 2012-ci ildə Buxarestdə olan “Atletiko” – “Atletik” (3:0, 52347 tamaşaçı) finalları qərarlaşıb.

Qeyd edək ki, BOS-un azarkeş tutumu 68700 nəfərdir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ