SON DƏQİQƏ

Putin 84 yaşlı əmək veteranını əfv etdi

Tarix:

21-05-2019, 09:46

/ 216 dəfə oxundu.
Putin 84 yaşlı əmək veteranını əfv etdi

Rusiya prezidenti Vladimir Putin 4 məhbusu, o cümlədən 1935-ci il təvəllüdlü  qadını əfv edib.

GunAz.az xəbər verir ki, bu haqda mayın 20-də Rusiyanın hüquqi informasiya internet-portalında məlumat yayılıb.

Amnistiyaya düşmüş Qaynikamal Ayupova 2015-ci ildə Kurqan vilayətinin yerli məhkəməsi tərəfindən mühakimə olunmuşdu.

"İnterfaks" agentliyinin yazdığına görə, əmək veteranı olan Ayupova birgə yaşadığı kişiyə ailə-məişət zəminində düşən mübahisə zamanı ölümcül bədən xəsarətləri yetirdiyinə görə tutulmuşdu. Qadının yaşı və sağlamlıq durumuna görə sərbəst hərəkət edə bilmir və köməyə ehtiyacı var.

Həmçinin dövlət başçısının 1937 təvəllüdlü Vladilen Litvinovu, 2000-ci il təvəllüdlü Janna Salamatini və 1971-ci il təvəllüdlü Serqey Qladkoborodovu əfv etdiyi bildirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ