SON DƏQİQƏ
» » Azərbaycanlılar bu ölkənin ayrılmaz bir hissəsidir - Kobaxidze

Azərbaycanlılar bu ölkənin ayrılmaz bir hissəsidir - Kobaxidze

Tarix:

6-05-2019, 20:38

/ 136 dəfə oxundu.
Azərbaycanlılar bu ölkənin ayrılmaz bir hissəsidir - Kobaxidze

Gürcüstanda yaşayan azərbaycanlılar bu ölkənin ayrılmaz bir hissəsidir və Gürcüstanın inkişafında mühüm rol oynayırlar.

GunAz.az xəbər verir ki, bu fikirlər Gürcüstan parlamentinin sədri İrakli Kobaxidzenin müqəddəs Ramazan ayının başlanması ilə əlaqədar müsəlmanlara ünvanladığı təbrik məktubunda qeyd olunub.

İ.Kobaxidze müqəddəs Ramazan ayının başlanması münasibətilə Gürcüstanın müsəlman icmasını təbrik edib, onlara bol ruzi, əmin-amanlıq, firavanlıq arzulayıb.

Ramazan ayının məziyyətlərindən bəhs olunan məktubda deyilir: “Bizi ümumi Vətən, tarix, sevinc və məqsədlər birləşdirir. İnanıram biz birlikdə Gürcüstanı daha da möhkəmlədib layiqli gələcək qura biləcəyik”.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ