SON DƏQİQƏ
» » “ASALA-nın mənəvi atası”nı İrəvana gətiriblər

“ASALA-nın mənəvi atası”nı İrəvana gətiriblər

Tarix:

2-05-2019, 08:36

/ 180 dəfə oxundu.
“ASALA-nın mənəvi atası”nı İrəvana gətiriblər

Növbəti terrorçunun nəşi İrəvana gətirildi. Söhbət erməni saytlarının təbirincə desək, terrorçu ASALA təşkilatının “mənəvi atası” sayılan Qurqen Yanikyandan gedir.

GunAz.az xəbər verir ki, bu haqda feysbuk səhifəsinə politoloq Elxan Şahinoğlu yazıb.

Politoloq xatırladıb ki, bu şəxs 78 yaşında Türkiyənin ABŞ-ın Santa-Barbara şəhərindəki konsulluğuna daxil olaraq konsulu və onun köməkçisini qətlə yetirib:

 

"Amerika vətəndaşı olan Yanikyan ömürlük həbs cəzasına məhkum olunub, 1984-cü ildə həbsxanada ölüb. Yəni adam terrorçudur və bu terrorçunun nəşini böyük təmtəraqla İrəvana gətiriblər. Mayın 5-də nəşinin basdırılması mərasimi keçiriləcək. Ermənistanda buna hazırlıq gedir. Bugündən başlayaraq erməni saytlarında terrorçu haqqında tərifli yazılar yayınlanır".

O qeyd edib ki, bu tarixə biz də hazırlaşmalıyıq:

"Terrorçunun nəşini böyük təmtəraqla Ermənistana gətirən və onun haqqında utanmadan “ASALA-nın mənəvi atası” başlıqları atan düşüncə tərzini beynəlxalq aləmdə ifşa etmək lazımdır. Təəssüf ki, Türkiyədən də səs çıxmır. Terrorçu türk diplomatlarını qətlə yetirib, Ermənistanda ondan qəhrəman obrazı yaradırlar".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ