SON DƏQİQƏ
» » Gürcüstanda müxalifətçilərlə polislər toqquşdu

Gürcüstanda müxalifətçilərlə polislər toqquşdu

Tarix:

11-04-2019, 23:41

/ 10 151 dəfə oxundu.
Gürcüstanda müxalifətçilərlə polislər toqquşdu

Gürcüstanın Zuqdidi şəhərində müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) üzvləri saxlanılıb.

GunAz.az Report-a istinadən xəbər verir ki, VMHP-nin şəhər meri vəzifəsinə namizədi Sanda Rulofsun keçirdiyi görüş zamanı müxalifətçilərlə polis əməkdaşları arasında qarşıdurma baş verib.

Polis əməkdaşları VMHP-nin mətbuat xidmətinin rəhbəri Giorgi Pataranı, partiyanın Zuqdidi təşkilatının rəhbəri Ani Tsitlidzeni xuliqanlıq faktı üzrə saxlayıb. Saxlanılanlar arasında partiyanın 2 fəalının da olduğu bildirilir.

Partiya üzvlərinin saxlanılmasını təxribat adlandırıb. Gürcüstanın Daxili İşlər Nazirliyi saxlanılanlarla bağlı hələ məlumat yaymayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ