SON DƏQİQƏ
» » Sədr millət vəkilini iclasdan qovdu - Parlamentə giriş qadağan edildi

Sədr millət vəkilini iclasdan qovdu - Parlamentə giriş qadağan edildi

Tarix:

4-04-2019, 20:47

/ 10 240 dəfə oxundu.
Sədr millət vəkilini iclasdan qovdu - Parlamentə giriş qadağan edildi

Millət vəkillərinin Parlamentə uşaqla gəlməsi qadağan edilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə qanun layihəsi Danimarka Parlamentində müzakirə edilib.

Belə ki, Mühafizəkarlar Partiyasının üzvü, millət vəkili Mette Abildsgardın Parlamentin iclasına uşaqla gəlməsi sədrin etirazına səbəb olub. Parlament sədri Pia Kjaesdaard millət vəkilinin iclası tərk etməsini tələb edib. Bundan sonra uşaqların Parlamentə gətirilməməsi ilə bağlı qanun hazırlanıb və səs çoxluğu ilə Parlament Divanında qəbul edilib. Bundan əvvəl isə Danimarka Parlamentinə uşaqla gəlməyin mümkün olması barədə qanun olmayıb.

скачать dle 12.1

Şərhlər