SON DƏQİQƏ

Avropada plastik qablar tamamilə qadağan edilir

Tarix:

28-03-2019, 16:44

/ 10 348 dəfə oxundu.
Avropada plastik qablar tamamilə qadağan edilir

Avropa 2021-ci ilə kimi tamamilə təkistifadəlik plastik əşyalardan imtina edəcək. Bununla bağlı müvafiq qanun layihəsi martın 27-də Avropa Parlamentində qəbul olunub.

Bu barədə qurumun rəsmi saytında məlumat dərc olunub.

“Qara siyahı”ya təkistifadəlik plastik qab-qacaq, masaüstü avadanlıq, plastik içki çöpləri və s. əşyalar daxil edilib.

Bundan başqa, qanuna görə, 2029-cu ilə kimi Avropa İttifaqı ölkələri istifadə olunmuş plastik içki qablarının azı 90 faizini toplamalı olacaq. 2025-ci ilə kimi plastik içki qablarının tərkibinin azı 25 faizi təkrar emal olunmuş plastikdən ibarət olmalı olacaq. 2030-cu ildə isə minimum hədd 30 faizə qaldırılacaq.

Həmçinin, sənədə görə, “çirkləndirən ödəyir” prinsipi daha da kəskinləşdiriləcək. Belə ki, qanun istehsalçıların ətraf mühitə vurduğu ziyana görə məsuliyyətini genişləndirir. Məsələn, dənizin dərinliklərinə gedən balıqçı torlarına görə balıqçılar yox, istehsalçılar cərimələnəcək. 

Gigiyenik bezlər, nəm salfetlər, plastik filterli siqaretlər istehsal edən şirkətlər, məhsulun üzərində plastik materialın ekologiyaya mənfi təsirləri barədə xəbərdarlıq yerləşdirməli olacaq.

скачать dle 12.1

Şərhlər