SON DƏQİQƏ
» » Aşqabadda avtomobillərdə rəngli disklər qadağan edildi

Aşqabadda avtomobillərdə rəngli disklər qadağan edildi

Tarix:

23-03-2019, 08:35

/ 10 213 dəfə oxundu.
Aşqabadda avtomobillərdə rəngli disklər qadağan edildi

Türkmənistanın paytaxtı Aşqabadda yerli hakimiyyət orqanları avtomobillərdə rəngli diskləri qadağan edib.

Gümüşü rənglər istisna olmaqla, hətta ağ və boz rəngli disklərin də istifadəsinə icazə verilmir. 
“Türkmənistan Xronikası” saytının verdyi məlumata görə, qadağaya əməl etməyən sürücülərin avtomobilləri və sürücülük vəsiqələri əllərindən alınır.

Həmçinin bildirilir ki, son illər rəngli disklərlə istehsal olunan yeni marka “Mercedes”, “Lexus” və “Toyota” avtomobillərinə də eyni qadağa tətbiq edilir.

 Artıq avtomobil təmiri salonlarının qarşısında uzun növbələrin yarandığı bildirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ