SON DƏQİQƏ
» » Ruhani: İran-İraq ticarət həmkarlıqları iki xalqın və regionun xeyrinədir

Ruhani: İran-İraq ticarət həmkarlıqları iki xalqın və regionun xeyrinədir

Tarix:

12-03-2019, 13:55

/ 10 239 dəfə oxundu.
Ruhani: İran-İraq ticarət həmkarlıqları iki xalqın və regionun xeyrinədir

İran İslam Respublikası prezidenti dünən gecə Bağdadda birgə İran-İraq ticarət konfransında deyib: "Sabitlik, təhlükəsizlik, həmsərhəd olmaq, coğrafi şərait, iki xalqın dini və fikri yaxınlığı, müştərək tarix və mədəniyyət İran ilə İraq arasında ticari-iqtisadi fəaliyyətlərin genişlənməsinə səbəb olubdur".

Həsən Ruhani daha sonra bildirib: "İran və İraq xalqları daim təhlükəsizlik və sabitliyin yaradılmasında bir-birilərinin kənarında olub və son illərdə bu istiqamətdə ən yaxşı təcrübəni dünyaya göstəriblər".

İran İslam Respublikası prezidenti bildirib ki, İraqda sabitlik və təhlükəsizlik nailiyyəti İran və regionun stabilliyi istiqamətində olub və hamı üçün ticarət və mədəniyyət fəlaiyyətlərinə zəmin yaradıbdır. O, qeyd edib ki, İranın ticari və iqtisadi fəalları hətta təhlükəli günlərdə belə, İraq xalqının ətrafında olubdur.

İraqın baş naziri Adil Əbdulməhdi də bu konfransda vurğulayıb ki, Bağdad Tehranla hərtərəfli əlaqələri genişləndirmək əzmindədir. O, deyib: İraq iki ölkənin investorları və iqtisadi fəallarının iştirakı və həmkarlığını himayə edir.

 

скачать dle 12.1

Şərhlər