SON DƏQİQƏ

ABŞ-da dünya çempionu intihar etdi

Tarix:

11-03-2019, 09:15

/ 10 246 dəfə oxundu.
ABŞ-da dünya çempionu intihar etdi

ABŞ-da velotrek üzrə üçqat dünya çempionu Kelli Ketlin öz həyatına son qoyub.  

Bu barədə “VeloNews” məlumat yayıb.

23 yaşlı idmançının atasının dediyinə görə, onun cansız bədəni Kaliforniya ştatındakı evində tapılıb. Onun hansı şəraitdə intihar etdiyi barədə açıqlama verilmir.

İdmançının ölümü haqqında informasiyanı ABŞ Velosport federasiyasının sədri Bob Demartini də təsdiqləyib.

Qeyd edək ki, Kelli Ketlin qadınlar arasında keçirilən velotrek üzrə 2016, 2017 və 2018-ci il dünya çempionatlarında (komandalı çıxışlarda) qızıl medal qazanıb.

скачать dle 12.1

Şərhlər