SON DƏQİQƏ
» » Pyotr Poroşenko ölkədən qaçmağa hazırlaşır - Ukrayna mediası

Pyotr Poroşenko ölkədən qaçmağa hazırlaşır - Ukrayna mediası

Tarix:

9-03-2019, 20:36

/ 10 212 dəfə oxundu.
Pyotr Poroşenko ölkədən qaçmağa hazırlaşır -  Ukrayna mediası

Ukrayna prezidenti Pyotr Poroşenko ölkədən qaçmağa hazırlaşır.

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukraynanın keçmiş iqtisadiyyat naziri Vladimri Lanovoy məlumat verib.

Onun sözlərinə görə, dövlət başçısı gəlirlərini artımaq üçün "müharibəni uzatmaqla" məşğuldur. Bu il isə o, keçən illə müqayisədə gəlir bəyannaməsini 82 dəfə artıq göstərib.

V.Lanovoy son günlərdə Rusiyadan köhnə hərbi texnika alınaraq Ukrayna ordusuna satılması ilə bağlı yaranan qalmaqalla gündəmə gələn "Leninskaya kuznitsa" adlı zavodu satmaq istədiyini bildirib.

"Bütün bunlar Poytr Poroşenkonun vəziyyətin ümidsizliyini dərk edərək ölkədən qaçmaq niyyətini nümayiş etdirir",-deyə keçmiş nazir fikrini söyləyib.

Bu yaxınlarda isə Pyotr Poroşenkonun atdığı yeni addım xüsusi marağa səbəb olub. Belə ki, dövlət başçısı sələfi Viktor Yanukoviçin 2014-cü ildə səlahiyyətlərindən məhrum edilməsini Konstitusiya məhkəməsində mübahisələndirib.

Prezidentin müraciəti Konstitusiya məhkəməsində rəsmən qeyd alınıb.

Ukraynanın bir çox siyasətçisi ölkə liderinin bu addımına sərt təpki göstəriblər.

"Radikal partiya"nın lideir Oleq Lyaşko Poroşenkonun bununla gələcəkdəki eyni ssenarinin başına gəlməsindən özünü sığortalamaq istədiyini deyib.

Qeyd olunur ki, hələ 2017-ci ilin martında Ali Radanın keçmiş deputatı Vladimir Oleynik Pyotr Poroşenkonun bütün pullarını və xüsusi incəsənət əsərlərini İspaniyaya köçürdüyünü bəyan etmişdi.

скачать dle 12.1

Şərhlər