SON DƏQİQƏ
» » ABŞ-ın Etnik Anlaşma Fondu: Amerikada yəhudi icması tərəfindən ən çox hörmət olunan müsəlman ölkəsi Azərbaycandır

ABŞ-ın Etnik Anlaşma Fondu: Amerikada yəhudi icması tərəfindən ən çox hörmət olunan müsəlman ölkəsi Azərbaycandır

Tarix:

5-03-2019, 15:11

/ 10 218 dəfə oxundu.
ABŞ-ın Etnik Anlaşma Fondu: Amerikada yəhudi icması tərəfindən ən çox hörmət olunan müsəlman ölkəsi Azərbaycandır

Amerikada yəhudi icması tərəfindən ən çox sevilən və hörmət olunan müsəlman ölkəsi Azərbaycandır. 

 

GunAz.az-ın məlumatına görə, bunu ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti ravvin Mark Şnayner brifinqdə deyib. 

 

Onun sözlərinə görə, fəaliyyətlərini genişləndirərək bura xristian icmalarını da əlavə etmək istəyirlər: "Yevangelistlərin rəhbərini bu gün "Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru" mövzusunda keçirilən konfransa dəvət etdik ki, Azərbaycanda görülən işləri təkcə yəhudilər deyil, onlar da görsünlər. Azərbaycanın dini sahədə gördüyü işlər Amerikada yüksək qiymətləndirilir. Bu, bizim gördüyümüz işlərin tərkib hissədir. Biz istəyirik ki, Amerikada yaşayan xristianlar da Azərbaycanın tolerantlıq nümunəsi, bu sahədə görülən işlərlə bağlı səslərini ucaltsınlar. Biz bu sahədə işlərimizi davam etdirəcəyik və Azərbaycan həqiqətləri gec-tez öz yerini tapacaq". 

 

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ