SON DƏQİQƏ
» » Kiyev meri avtomobili içkili halda idarə edən məmuru işdən qovub

Kiyev meri avtomobili içkili halda idarə edən məmuru işdən qovub

Tarix:

8-02-2019, 17:08

/ 10 192 dəfə oxundu.
Kiyev meri avtomobili içkili halda idarə edən məmuru işdən qovub

Ukrayna meri Vitali Kliçko içkili vəziyyətdə avtomobili idarə edərək qəza törədən məmuru işdən çıxarıb.

Cümə axşamı içkili vəziyyətdə yol qəzası törədən Kiyevin Qolosevski rayonu rəhbərinin müavini Yuriya Tkaçenko vəzifəsindən kənarlaşdırılıb.

"Kiyevin dövlət administrasiyasında məmurların içkili vəziyyətdə avtomobili idarə etməsi yolverilməzdir. Həmin şəxs qəza törədərkən bir polis xəsarət alıb. Düşünürəm ki, bu cür məmurlar dövlət xidmətində işləyə bilməzlər. Mənim fikrimcə, avtomobili içkili idarə edənlər cinayətkardırlar", - deyə mer əlavə edib.(Azərtac)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ