SON DƏQİQƏ
» » Rusiyada ermənilərdən ibarət cinayətkar dəstə ələ keçdi

Rusiyada ermənilərdən ibarət cinayətkar dəstə ələ keçdi

Tarix:

8-02-2019, 09:13

/ 10 263 dəfə oxundu.
Rusiyada ermənilərdən ibarət cinayətkar dəstə ələ keçdi

Rusiya polisi bu ölkədə qanunsuz fəaliyyətlə məşğul olan, ermənilərdən ibarət 19 nəfərlik cinayətkar qruplaşmanın üzvlərini yaxalayıb.

Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, polis Rostov vilayətində məşhur "Raffaello" markasından olan şirniyyatların saxta istehsalı ilə məşğul olan sexi aşkar edib. İlkin məlumata görə, saxta şirniyyatları Rusiya Federasiyası ərazisində qanunsuz yaşayan Ermənistan vətəndaşlarından ibarət qruplaşma istehsal edib.

Fevralın 6-da, hüquq-mühafizə orqanlarının əməkdaşları "Raffaello" nişanı ilə konfetlərin qanunsuz istehsalı ilə məşğul olan cinayətkar qruplaşmanın üzvlərini Rostov vilayətinin Myasnikovsk rayonunda yaxalayıblar. Cinayətkarlar şirniyyat məhsullarının istehsalını Kalinin qəsəbəsində təşkil ediblər.

Faktla bağlı operativ-axtarış tədbirləri davam etdirilir. Rusiya polisi gizli və qanunsuz təşkilatın cinayətkar sxemi ilə bağlı sənədləri toplayır və onun bütün üzvlərinin şəxsiyyətlərini müəyyənləşdirir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ