SON DƏQİQƏ
» » Uşaq dağıntıların altından 19 saat sonra... - İNANILMAZ

Uşaq dağıntıların altından 19 saat sonra... - İNANILMAZ

Tarix:

7-02-2019, 15:30

/ 10 228 dəfə oxundu.
Uşaq dağıntıların altından 19 saat sonra... - İNANILMAZ

İstanbulda 8 mərtəbəli binanın çökməsi nəticəsində 3 nəfər ölüb, dağıntılar altından 13 nəfər yaralı halda xilas edilib.

GunAz.az xəbər verir ki, bu barədə İstanbul valiliyindən bildirilib.

Dağıntılar altından çıxarılan 3 nəfərin vəziyyəti ağırdır. Ölən və yaralıların adları açıqlanmayıb.

Xilasedicilər 19 saatdan sonra 5 yaşlı Havva Tekgöz adlı qız xilas edib.

Ətraf Mühit və şəhərsalma naziri Murat Kurumun sözlərinə görə, hələ də dağıntılar altında qalanlar var. Onların səslərini eşitmək mümkündür.

Hadisədən sonra ətrafdakı 7 binanın sakinləri də təxliyə edilib.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin İstanbul şəhərinin Maltepe rayonunda 8 mərtəbəli yaşayış binası çöküb.(Axar)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ