SON DƏQİQƏ

Rusiyadan Bakıya böyük heyət gəlir

Tarix:

6-02-2019, 20:07

/ 10 254 dəfə oxundu.
Rusiyadan Bakıya böyük heyət gəlir

Fevralın 8-də Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gələcək.

İqtisadiyyat Nazirliyindən GunAz.az-a bildirilib ki, səfər çərçivəsində əvvəlcə Azərbaycan ilə Rusiya dövlət sərhədində hər iki ölkənin nümayəndə heyətləri “Yaraq-Qazmalar” sərhəd buraxılış məntəqəsində yenidənqurma və rekonstruksiya işlərinə, “Samur” sərhəd buraxılış məntəqəsinə və Samur çayı üzərində avtomobil körpüsünün tikintisinə baxış keçirəcək. Bu layihələr Azərbaycanın nəqliyyat-tranzit imkanlarının reallaşmasında əhəmiyyətli olmaqla yanaşı, Azərbaycan-Rusiya əməkdaşlığına, iki ölkə arasında artan ticarətin daha da genişlənməsinə əlverişli şərait yaradacaq.

Fevralın 9-da isə Hacıqabul Sənaye Məhəlləsində Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının inkişafı imkanları müzakirə ediləcək, Azərbaycanın “Azərmaş” şirkətinin Rusiyanın “Qaz Qrup” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməli qoyulacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ