SON DƏQİQƏ

Rusiyada 70 ilin rekord istisi qeydə alındı

Tarix:

31-01-2019, 10:59

/ 10 256 dəfə oxundu.
Rusiyada 70 ilin rekord istisi qeydə alındı

Vladivostokda 30 yanvar tarixində müsbət 5 dərəcəyə qalxan hava son 70 ilin rekord göstəricisidir.

GunAz.az xəbər verir ki, bu barədə Rusiya Hidremetereoloji xidmətindən məlumat yayılıb.

“Ötən gün Vladivastokunbəzi ərazilərində hava +3-+5 dərəcəyə qalxıb. Sonuncu dəfə bu tarixdə bu cür hava 1949-cu ildə qeydə alınıb. Həmin vaxt +3 dərəcəyə qədər isti müşahidə edilmişdi”, - məlumatda bildirilib.

Ölkənin digər əyalətində - Xakasiyada isə kəskin soyuqlar gözlənilir. Xidmətin yaydığı məlumatda bu günlər Xakasiyada temperaturun -40 dərəcədən də aşağı düşəcəyi bildirilib.

Qeyd edək ki, ötən bazar Moskvaya son 70 ilin ən güclü qarı yağıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ