SON DƏQİQƏ

Nazarbayev nazirlərə çağırış etdi

Tarix:

30-01-2019, 12:30

/ 10 167 dəfə oxundu.
Nazarbayev nazirlərə çağırış etdi

Qazaxıstan prezidenti Nursultan Nazarbayev nazirləri xarici brendlərə deyil, yerli istehsal olunan kostyumlara üstünlük verməyə çağırıb.

GunAz.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Bizdə hər şey ölkə xaricindən gətirilir. Modabaz qadınlar bir yana, modabaz kişilər də var, və onların fikrində ancaq “Channel” və başqalarıdır, bəs sadə xalq necə olsun? Ötən gün sərgidə gənclərlə keçirdiyim görüşdə mənə əla kostyum və ayaqqabılar nümayiş  olundu. Sadəcə, buna lazımınca diqqət ayırmırıq. Niyə də bunu (kostyum və ayaqqabı istehsalını - red.) inkişaf etdirməyək?”, - deyə Nazarbayev Nazirlər Kabineti üzvləri ilə keçirdiyi görüşdə söyləyib.

Nazarbayev ölkədə kostyum istehsalının inkişafına dəstəyin göstərilməsini vacib hesab edir.

“Burada əyləşənlər  - biz hamımız iclasa yerli istehsal olunan kostyumlarda gəlməliyik. Bunda qorxulu heç nə yoxdur”, - deyə Nazarbayev vurğulayıb.(oxu.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ