SON DƏQİQƏ

Misirdə 54 terrorçu yaxalanıb

Tarix:

30-01-2019, 08:00

/ 10 208 dəfə oxundu.
Misirdə 54 terrorçu yaxalanıb

Misirin hüquq-mühafizə orqanları ölkədə fəaliyyəti qadağan edilmiş "Müsəlman qardaşlar" hərəkatının üzvü olan 54 terrorçunun yaxalandığını elan edib.

GunAz.az bildirir ki, terrorçular ölkədə sabitliyi pozmaq məqsədi ilə diversiyalar və zorakılıq aktları hazırlamaqda ittiham olunurlar.

Misir Daxili İşlər Nazirliyinin bəyanatında deyilir ki, tutulanlar bu ilin yanvar-fevral aylarında, 2011-ci il 25 yanvar tarixli kütləvi xalq etirazlarının başlanmasının ildönümünün bayram edildiyi dövrdə müxtəlif diversiyalar təşkil etməyi, yolları bağlamağı və vətəndaşları qorxutmağı planlaşdırırmışlar. Ekstremistlər saxlanılan zaman onlardan təxribat və digər hüquqazidd əməllər törətmək üçün nəzərdə tutulan nağd pullar və materiallar müsadirə edilib.

Sənəddə vurğulanır ki, bu hərəkətlərin planlaşdırılması və maliyyələşdirilməsi "Müsəlman qardaşlar"ın xaricdə gizlənən üzvləri tərəfindən həyata keçirilib. Hazırda təşkilatın digər üzvlərinin şəxsiyyətləri müəyyən olunur.

скачать dle 12.1

Şərhlər