SON DƏQİQƏ

İranda bir şəhər boşaldıldı - SƏBƏB?

Tarix:

29-01-2019, 16:30

/ 10 216 dəfə oxundu.
İranda bir şəhər boşaldıldı - SƏBƏB?

İranın cənubunda yerləşən Xuzistan vilayətinin Hüveyzə rayonunda Rəfi şəhəri sel və daşqınlar səbəbindən təxliyə edilib.

GunAz.az xəbər verir ki, bunu Hüveyzə rayonunun qubernatoru Qasim Musəvi deyib.

Musəvinin sözlərinə görə, hazırda kömək üçün bəzi insanlar qalıb. Hərbi qüvvələr və sənaye şirkətləri şəhərin təxliyə edilməsinə kömək ediblər.

Rəfi şəhəri sakinlərinin yerləşdirilməsi üçün Hüveyzə rayonunun eyniadlı şəhərinin məktəbləri, məscidləri nəzərdə tutulub.

Hazırda Rəfi şəhərinin əsas meydanları su altındadır. Avtomobillər çətinliklə hərəkət edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ