SON DƏQİQƏ

Tramp Kim Çenlə bu şəhərdə görüşəcək

Tarix:

29-01-2019, 11:15

/ 10 170 dəfə oxundu.
Tramp Kim Çenlə bu şəhərdə görüşəcək

Vaşinqton və Pxenyan ikinici ABŞ-Şimali Koreya sammitinin fevralın sonunda Vyetnamın Dananq şəhərində keçirilməsi barədə razılığa gəlib.

GunAz.az xəbər verir ki, bu barədə “Kommersant” yazıb.

Görüşün keçirilməsi nəzərdə tutulan Dananq şəhəri Vyetnamın böyüklüyünə görə beşinci şəhəridir. 2017-ci ildə bu şəhərdə Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Sammiti keçirilib.

Xatırladaq ki, Donald Tramp və Kim Çen İn arasında ilk görüş 2018-ci ilin iyununda Sinqapurda keçirilib. Sözügedən görüşdə tərəflər Şimali Koreyanın nüvəsizləşdirilməsi və Pxenyana qarşı Qərb koalisiyasının təzyiqinin azaldılması barədə razılıq əldə ediblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ