Yunanıstanlı rəsmilər Kardak qayalıqlarına yaxınlaşa bilməyib.
GunAz.az xəbər verir ki, bu gün Türkiyəyə məxsus 3 hərbi gəmi və 1 sahil təhlükəsizlik kateri bölgədə yunanlara göz açmağa imkan verməyib.
Kardak qayalıqlarına hər il əklil qoymaq üçün gələn yunan rəsmiləri bu il istəklərinə nail olmayıblar.
Qeyd edək ki, 28 yanvar 1996-cı ildə Yunanıstan hərbi helikopteri Kardak qayalıqları yaxınlığında qəzaya düşüb, nəticədə 2 pilot və 1 əsgər ölüb.