SON DƏQİQƏ
» » Mərziyə Haşimi: "Məni etiqadlarıma görə həbs ediblər"

Mərziyə Haşimi: "Məni etiqadlarıma görə həbs ediblər"

Tarix:

25-01-2019, 18:39

/ 10 233 dəfə oxundu.
Mərziyə Haşimi: "Məni etiqadlarıma görə həbs ediblər"

PressTV-nin aparıcısı etiqadlarına görə Amerikada həbs edildiyini bildirib

PressTV-nin Amerikada həbs edilən aparıcısı və jurnalisti Mərziyə Haşimi Asoşeyted Press-ə verdiyi müsahibədə peşəsi olan jurnalistlik və etiqadlarına görə ABŞ-da həbs edildiyini deyib. 

M.Haşimi bu sözləri həbsdən azad edilməsindən bir gün sonra deyib. 

Mərziyə Haşimi ABŞ prezidenti Donald Trampın "ABŞ-ı yenidən əzəmətli edək" şüarına işarə edərək, deyib: ABŞ-ı yenidən əzəmətli edək şüarının nə məna daşıdığını bilmirəm. Əgər məqsəd insanları hər gün daha artıq hüquqlarından məhrum etməkdirsə, mənim qənaətimə görə, bu ABŞ-a əzəmət gətirməyəcək.

PressTV-nin aparıcısı əlavə edib: Mən həqiqətə və həqiqətlərin fəryad edilməsinə inanıram. Məzlumların fəryadının eşidilməsinə inanıram. Və bəzən bu məsələ mövcud qüdrətlərin siyasətləri ilə üst-üstə düşmür. Və məsələ də elə bundan ibarətdir. 

PressTV-nin aparıcısı həbsdən azad edildikdən sonra bir video mesajda deyib: Salam. Dualarınıza və dəstəklərinizə görə hamınıza təşəkkür edirəm. Bütün bunlar azad edilməyimdə son dərəcə təsirli oldu. Baş verənlər sadəcə Mərziyə Haşimi məsələsi deyildi. Məsələ məndən daha üstündür. Məsələ bu hadisənin Amerikada istənilən an istənilən şəxs üçün baş verməsi ehtimalıdır. Heç bir ittiham olmadan istənilən şəxsi şahid adı və ya başqa bir bəhanə ilə qanunsuz şəkildə həbs edib, istədikləri qədər həbsdə saxlaya bilərlər. Biz buna qarşı çıxmalıyıq. Biz bu ədalətsizliyə qarşı mübarizə aparmalıyıq. Biz bu zülmə boyun əyməməliyik. Və hamınızdan cümə günü bu zülmə qarşı etiraz aksiyasında mənim kənarımda olmağınızı istəyirəm. 

PressTV-nin əslən amerikalı olan aparıcısı heç bir ittiham olmadan ABŞ hökuməti tərəfindən həbs edilmişdi. Həbs edilməsi üçün göstərilən yeganə səbəb isə onun hansısa anlaşılmaz bir məhkəmə işi ilə bağlı "şahid" olması iddiasıidi. 

Mərziyə Haşimi çərşənbə günü 11 gün sürən həbsin ardınca sərbəst buraxılıb. 

PressTV-nin aparıcısı bazar günü 13 yanvarda heç bir səbəb olmadan Sant Luis hava limanında ABŞ polisi tərəfindən həbs edilmişdi. 

скачать dle 12.1

Şərhlər