SON DƏQİQƏ
» » Trampın Çin strategiyası açıqlandı - Əsas hədəf

Trampın Çin strategiyası açıqlandı - Əsas hədəf

Tarix:

24-01-2019, 08:20

/ 10 218 dəfə oxundu.
Trampın Çin strategiyası açıqlandı - Əsas hədəf

ABŞ Prezidenti Donald Tramp Çinə münasibətdə öz sərt mövqeyindən imtina etməyə hazırlaşmır.

Bu məlumatı "Röyter" agentliyi ABŞ Prezidentinin müşavirlərinə istinadən yayıb. Rəsmi Vaşinqton hələ də Çin məsələsində onu narahat edən problemlərin həll edilmədiyini bildirib.

Məlumata görə, Tramp administrasiyası təkcə ticarət disbalasının ortadan qaldırılması yox, ümumilikdə Çin iqtisadiyyatının strukturu ilə bağlı dərin məsələlərin həllinə də diqqətini yönəldib.

Agentliyə danışan Ağ Evin Milli İqtisad Şurasının rəhbəri Lourens Kadlou Tramp üçün hazırda əsas prioritetin Çinin intellektual mülkiyyət oğurluğunun qarşısını almaqdan ibarət olduğunu deyib. Onun fikrincə, Asiya ölkəsinin rəhbərliyi Qərb şirkətlərinin Çinə girişinə əsas şərt kimi xarici investorların öz texnologiyalarından çinli tərəfdaşlarına istifadə haqqını qoyur ki, bu da problemlər yaradır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ