SON DƏQİQƏ
» » Qazaxıstan adının dəyişdirilməsi təklif olunur

Qazaxıstan adının dəyişdirilməsi təklif olunur

Tarix:

23-01-2019, 17:24

/ 10 227 dəfə oxundu.
Qazaxıstan adının dəyişdirilməsi təklif olunur

Qazaxıstanlı deputat Azat Peruaşev ölkənin baş naziri Bakıtjan Sagintayevə Qazaxıstanın adının dəyişdirilməsi ilə bağlı təklif göndərib.

GunAz.az-ın məlumatına görə, ölkənin adının Qazax Respublikasına dəyişdirilməsi təklif olunur.

Millət vəkili yeni adın 2020-ci ildə SSRİ-nin tərkibində Qazax Sovet Sosialist Respublikasının yaradılmasının 100 illik ildönümü ilə bağlı verilməsini təklif edib.

Deputat xatırladıb ki, hələ 2014-cü ildə Prezident Nursultan Nazarbayev Qazaxıstan adının Qazax Elinə (Qazax Respublikası) dəyişdirilməsi təklifini irəli sürmüşdü.

скачать dle 12.1

Şərhlər