SON DƏQİQƏ
» » Putin Paşinyanı Moskvaya çağırdı – Erməni KİV-in ilk reaksiyası

Putin Paşinyanı Moskvaya çağırdı – Erməni KİV-in ilk reaksiyası

Tarix:

19-01-2019, 16:42

/ 10 262 dəfə oxundu.
Putin Paşinyanı Moskvaya çağırdı – Erməni KİV-in ilk reaksiyası

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək.

GunAz.az xəbər verir ki, bu barədə Paşinyanın özü açıqlama yayıb.

Səfər yanvarın 22-25 tarixlərində Davosda keçiriləcək Beynəlxalq İqtisadi Forumdan sonra baş tutacaq.

Paşinyan səfər çərçivəsində Avrasiya İqtisadi Birliyinə dönəm rəhbərliyinin digər üzv dövlətə təhvil verilməsi məsələsinin müzakirə ediləcəyini bildirsə də, gündəlikdəki digər məsələlər haqda məlumat verməyib.

Erməni KİV baş nazirin gözlənilməz səfərinə “Paşinyan İrəvan və Moskva arasındakı yolda qalıb” şərhini verib.

Bundan əlavə o, fevralın 1-də Kansler Angela Merkelin dəvəti ilə Almaniyaya səfər edəcəyini də açıqlayıb.

Qeyd edək ki, Nikol Paşinyan bundan əvvəl – dekabrın 27-də Rusiyaya səfər etmişdi. O, səfər çərçivəsində Moskvada Prezident Vladimir Putinlə görüşmüşdü.  /Teleqraf.com/

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ