SON DƏQİQƏ
» » Trampdan kürdlərlə bağlı ikibaşlı açıqlama - "Türklər onları sevmir"

Trampdan kürdlərlə bağlı ikibaşlı açıqlama - "Türklər onları sevmir"

Tarix:

3-01-2019, 11:09

/ 10 187 dəfə oxundu.
Trampdan kürdlərlə bağlı ikibaşlı açıqlama - "Türklər onları sevmir"

"Bəlli bir müddətdə Suriyadan çəkiləcəyik. Bu ölkədən çıxsaq da kürdləri qorumaqda davam edəcəyik".

GunAz.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Suriyadan çıxmaqla bağlı qərarını şərh edərkən bildirib.

Tramp ABŞ-ın YPG/PKK terror təşkilatına dəstəyilə bağlı bunları deyib.

"Türkiyə onları sevmir, başqaları sevir. Onların əllərindəki az həcmli nefti İrana satmaları xoşuma gəlmədi. Onlardan İrana satış etməmələrini xahiş etdik. Ortağımız olan kürdlər İrana neft satır. Bundan məmnun deyilik. Bunlar heç xoş deyil. Amma biz onlarla birlikdə olanda yaxşı savaşırdılar. Onlara 30 F-18 gönderdikdən sonra daha yaxşı savaşdırlar və nə olduğunu gördük. Yenə də kürdləri qorumaq istəyirik, amma sonsuza qədər Suriyada qalmaq niyyətimiz yoxdur".

скачать dle 12.1

Şərhlər