SON DƏQİQƏ

Üç erməni hərbçi yaralandı

Tarix:

25-12-2018, 22:05

/ 10 208 dəfə oxundu.
Üç erməni hərbçi yaralandı

Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilən Ermənistan ordusunun bölmələrində eyni gündə baş verən hadisələr nəticəsində 3 hərbi qulluqçu yaralanıb.

GunAz.az xəbər verir ki, beşinci dağ atıcı alayının hərbi qulluqçusu Arqişt Hakopyan təhlükəsizlik qaydalarının pozulması, başqa bir hərbi hissənin iki hərbi qulluqçusu isə yol-nəqliyyat qəzası nəticəsində yaralanıb.

Baş vermiş hadisələrlə bağlı hərbi polis tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, ümumilikdə dekabrın 15 günü ərzində Ermənistan ordusunda müxtəlif səbəblərdən 10 hərbi qulluqçu yaralanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ