SON DƏQİQƏ

Türk aktyorlar prokurorluğa aparıldı

Tarix:

24-12-2018, 15:42

/ 10 204 dəfə oxundu.
Türk aktyorlar prokurorluğa aparıldı

Bu gün Türkiyənin iki məşhur aktyoru Metin Akpınar və Müjdat Gezen ifadə veriblər.  

GunAz.az xəbər verir ki, onlar bu gün polislərin nəzarəti ilə Anadlou Baş Prokurorluğuna gətiriliblər. 

Serial və kino ulduzları Halk TV-də yayımlanan “Halk Arenası” proqramında vətəndaş müharibəsi və çevrilişə çağırış etməkdə  ittiham olunurlar. 

M. Akpınar “Prokuror çağırıb, ifadə verməyə gedirəm”- deyə KİV nümayəndələrinin suallarını qısa olaraq cavab verib. 

Hər iki tanınmış şəxs ifadə verdikdən sonra Sülh Cəza Məhkəməsinə sövq ediliblər.(qafqazinfo.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ