SON DƏQİQƏ
» » Tramp Ərdoğanla bağlı paylaşım etdi - "Uzun və məhsuldar"

Tramp Ərdoğanla bağlı paylaşım etdi - "Uzun və məhsuldar"

Tarix:

24-12-2018, 00:10

/ 10 173 dəfə oxundu.
Tramp Ərdoğanla bağlı paylaşım etdi - "Uzun və məhsuldar"

ABŞ prezidenti Donald Tramp ilə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə D.Tramp özünün Tvitter səhifəsində məlumat verib.

Tərəflər İŞİD ilə mübarizə, Suriyadakı durum, ABŞ hərbçilərinin bölgədən çəkilməsi qərarını müzakirə ediblər.

"Az öncə Ərdoğanla uzun və məhsuldar telefon danışığımız oldu. İŞİD ilə mübarizə, Suriyadakı durum, ABŞ hərbçilərinin bölgədən çəkilməsi qərarını müzakirə etdik. Uzun ildən sonra hərbçilərimiz geri dönür", deyə Tramp qeyd edib.

Tramp həmçinin telefon danışığı zamanı ABŞ-Türkiyə münasibətlərinin, iqtisadi əlaqələrinin də müzakirə olunduğunu bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ