SON DƏQİQƏ
» » İslam Kərimovun təhlükəsizlik xidmətinin eks-rəhbəri saxlanıldı

İslam Kərimovun təhlükəsizlik xidmətinin eks-rəhbəri saxlanıldı

Tarix:

22-12-2018, 16:50

/ 10 241 dəfə oxundu.
İslam Kərimovun təhlükəsizlik xidmətinin eks-rəhbəri saxlanıldı

Özbəkistanda eks-prezident İslam Kərimovun təhlükəsizlik xidmətinin keçmiş rəhbəri, general-mayor Muidjon Toxiriy saxlanılıb.

“Qafqazinfo”nun “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

“Muidjon Toxiriy həqiqətən saxlanılıb. Ona qarşı istintaq tədbirləri aparılır”, deyə qurumun mətbuat xidmətinin nümayəndəsi bildirib.

“Ozodlik” saytı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir ki, 55 yaşlı general korrupsiya əməlində ittiham edilir.

Qeyd edək ki, M. Toxiriy 2013-2016-cı illərdə keçmiş prezident İslam Kərimovun təhlükəsizlik xidmətinə rəhbərlik edib. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ