SON DƏQİQƏ

ABŞ ordusu Suriyadan niyə çıxarıldı?

Tarix:

20-12-2018, 15:30

/ 10 234 dəfə oxundu.
ABŞ ordusu Suriyadan niyə çıxarıldı?

ABŞ Prezidenti Donald Trampın qoşunları Suriyadan çıxarmaq qərarı bir sıra amillər, o cümlədən Türkiyə və daxili-siyasi məsələlərlə bağlıdır.

GunAz.az xəbər verir ki, bu barədə Suriyanın Çindəki səfiri İmad Mustafa danışıb.

"Bu, bir çox amilin rol oynadığı çox qəliz vəziyyətdir. Bir tərəfdən də həqiqətən ABŞ-ın Türkiyəni Rusiyadan ayırıb öz təsir dairəsinə qaytarmaq cəhdlərinin olduğunu söyləmək olar", – diplomat bildirib.

Səfirin sözlərinə görə, Tramp bu addımı atmaqla həm də diqqəti daxili-siyasi problemlərdən yayındırmağa çalışır.

"Trampın addımı Suriyanın milli maraqları ilə üst-üstə düşür. İstənilən suriyalı ABŞ əsgərlərinin ölkəni tərk etməsini görməkdən xoşbəxt olacaq", – səfir qeyd edib.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ